Müəllif:Ayşən İmanova/Banco.az
Oktyabrın 1-dən etibarən xarici turistlər üçün Yeni Zelandiyaya giriş haqqı üç dəfə artırılacaq.
Banco.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Yeni Zelandiyanın turizm naziri Mett Dusi beynəlxalq ziyarətçilər üçün ödənişin 100 Yeni Zelandiya dollarına (təxminən 62 dollar) qədər artacağını bildirib. Hazırda turist vergisi cəmi 35 Yeni Zelandiya dolları təşkil edir.