RU

Tehranda havanın çirklənməsinə görə məktəblər bağlandı

İranın paytaxtı Tehranda hava çirkliliyinə görə təhsil müsəssisələrində dərslər 1 gün müddətinə dayandırılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Tehran Hava Keyfiyyətini Ölçmə Şirkəti tərəfindən verilən açıqlamada bu gün hava çirkliliyinin hər kubmetr üçün 151 mikroqram olaraq ölçüldüyü və bu nisbətin bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəli olduğu bildirilib.

İranın Fövqəladə Hallar Komitəsindən verilən açıqlamada havanın çirklənməsi ilə əlaqədar paytaxtdakı bütün uşaq bağçaları və ibtidai məktəblərin 1 gün müddətinə bağlanmasına qərar verildiyi bildirilib. 

Açıqlamada ürək və ağciyər xəstəlikləri olan şəxslərə, qocalara və uşaqlara küçəyə çıxmamaq, ictimaiyyətə isə hər cür açıq havada işləməkdən çəkinmələri barədə xəbərdarlıq edilib.


Aysu
Demokrat.az
Избранный
216
1
demokrat.az

10Источники