RU

Millimiz uduzur - Yenilənir

UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında növbəti qol vurulub.   Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri ikinci qolu vurublar - 2:0. 26-cı dəqiqədə Streleç fərqlənməyi bacarıb. *** UEFA Millətlər Liqasında Slovakiya - Azərbaycan matçında hesab açılıb.

Manset.az xəbər verir ki, C Liqasının I qrupunun görüşündə meydan sahibləri hesabda irəli çıxıb - 1:0. 22-ci dəqiqədə Ondrey Duda penalti zərbəsini dəqiq yerinə yetirib.   *** 20:23 Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununa çıxır. Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gəlir. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edir.

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.

Избранный
135
9
manset.az

10Источники