RU

Geomaqnit qasırğası gözlənilir

Günəşdə bir neçə oblastda baş verən M sinif və digər alışmalar səbəbindən Günəş aktivliyinin səviyyəsi artıb. Kosmik aparatlar Yerə yönələn tac kütlə atılmaları müşahidə edib.
 
Bu barədə APA-ya Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
 
Bildirilib ki, 10-11 sentyabrda Günəş aktivliyi M (R1-R2 - mülayim orta) və müəyyən ehtimalla X (R3 - güclü) səviyyədə olacaq.
 
Hazırda geomaqnit qasırğası orta səviyyədədir.
 
Sentyabrın 10-u saat 17:00 radələrindən başlayaraq geomaqnit qasırğa G1 (mülayim) səviyyəsinə yüksələcək, sentyabrın 10-u gecə və 11-i səhər saat 06:00 radələrində G2 (orta) səviyyədə olacaq. Sentyabrın 11-i saat 13:00 radələrindən başlayaraq geomaqnit sahə normal fon səviyyəsinə düşəcək.
 
Geomaqnit qasırğa daha çox yüksək coğrafi enliklərdə müşahidə olunacaq. Orta coğrafi enliklərdə isə mülayim olaraq hiss ediləcək.
Избранный
91
25
moderator.az

10Источники