RU

"Bayer"in futbolçusu: "İspaniyada oynamaq istəyirəm"

"Bayer"in futbolçusu Alexandro Qrimaldo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, "Bild"ə danışan müdafiəçi gələcəkdə İspaniyada oynamaq istədiyini deyib:

"Gələcəkdə İspaniyada oynamaq istəyirəm. Bu liqa mənə çox doğmadır və evimdə olmaq niyyətindəyəm. Amma indi Leverkuzendə çox xoşbəxtəm. Burada oynamaqdan həzz alıram".

Qrimaldonun adı "Real"la hallanır.

İspan futbolçu bu mövsüm Bundesliqada 11 oyunda 6 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Избранный
408
41
futbolpress.az

10Источники