Bu təsirlər özünü tez və ya da gec göstərə bilir. Zərərverici həşəratların sayının çoxalması, meşə yanğınlarının artması, invaziv növlərin daha geniş ərazilərdə yayılması kimi hallar özünü daha tez göstərir. Xüsusən də uzun sürən quraqlıqlar ağacların zəifləməsinə və nəticədə zərərverici həşəratların ciddi mənfi təsirinə məruz qalmasına səbəb olur.
VETENNAMİNE.AZ xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib.
“İqlim dəyişikliyinin təsirlərinin azaldılmasında əsas prioritet sahələrdən biri meşələrin bərpası, yeni yaşıllıqların salınmasıdır ki, buna nail olmaq üçün ölkəmizdə irimiqyaslı ağacəkmə aksiyaları keçirilir, yaşıllıq sahələri genişləndirilir”.

Vətən Naminə Mətbuat Xidməti