RU

Sabiq "Neftçi"li Qətər klubuna keçə bilər

"Neftçi" ilə yollarını ayıran Ataa Caber karyerasını Qətərdə davam etdirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Ysscores" nəşri məlumat yayıb.

"Qətər SC" 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.

2022-ci ildə Bakı klubuna transfer olunan A.Caber “Neftçi”nin heyətində meydana çıxdığı 58 oyunda 9 qola imza atıb. "Ağ-qaralar" iyunun 28-də fələstinli oyunçu ilə vidalaşıb.

Избранный
18
3
bakivaxti.az

4Источники