RU

Tehranda təhsil 1 günlük dayandırıldı

İranın paytaxtı Tehranda hava çirkliliyinə görə təhsil 1 gün müddətinə dayandırılıb.

525.az xəbər verir ki, İranın paytaxtı Tehranda hər il qış aylarında havanın çirklənməsi həyata mənfi təsir göstərir. Tehranın hava dövriyyəsinə uyğun olmayan fiziki quruluşu, şəhərdə əhalinin sıxlığı, nəqliyyat vasitələrinin istifadəsi, nəqliyyat vasitələrində və fabriklərdə istifadə olunan keyfiyyətsiz yanacaqlar havanın çirklənməsinin əsas səbəbi kimi göstərilir.

Tehran Hava Keyfiyyətini Ölçmə Şirkəti tərəfindən edilən açıqlamada bu gün hava çirkliliyinin hər kubmetr üçün 151 mikroqram olaraq ölçüldüyü və bu nisbətin bütün yaş qrupları üçün qeyri-sağlam və təhlükəli olduğu bildirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Komitəsindən verilən açıqlamada havanın çirklənməsi ilə əlaqədar paytaxtdakı bütün uşaq bağçaları və ibtidai məktəblərin 1 gün müddətinə bağlanmasına qərar verildiyi bildirilib.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

Избранный
205
6
525.az

10Источники