RU

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakı. Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşımaxidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlərçərçivəsində Bakı-Sınıq Körpü (Qazax Sərhəd Keçid Məntəqəsi),Bakı-Şəki, Bakı-Bərdə, Bakı-Kürdəmir, Bakı-Naftalan, Bakı-Beyləqan,Bakı-Ağdaş, Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Ağsu,Bakı-İmişli, Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara vəMingəçevir-Oğuzşəhərlərarası avtobus marşrutlarını müsabiqəyəçıxarır.

Trend bu barədə Agentliyəistinadən məlumat verir.

Bildirilib ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna,Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarıilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili(rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalqmarşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasınadair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkiledilir.

Sənədlər 10 oktyabr 2024-cü il saat 17:00-dək Azərbaycan YerüstüNəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədovküçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.:050-855-53-55, e-poçt: [email protected])qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyatnəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Sınıq Körpü(Qazax Sərhəd Keçid Məntəqəsi), Bakı-Şəki və Bakı-Bərdəistiqamətlərində 4 Lot üzrə oktyabrın 22-də; Bakı-Kürdəmir,Bakı-Naftalan, Bakı-Beyləqan və Bakı-Ağdaşistiqamətlərində 5 Lotüzrə oktyabrın 25-də; Bakı-Siyəzən, Bakı-Qəbələ, Bakı-Ağcabədi,Bakı-Ağsu və Bakı-İmişliistiqamətlərində 5 Lot üzrə oktyabrın29-da; Sumqayıt-Mingəçevir, Sumqayıt-Astara və Mingəçevir-Oğuzistiqamətlərində 3 Lot üzrə noyabrın1-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradanəldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili)marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələliqaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsindəgöstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığınınartırılmasıdır.

Məqalədə:
Избранный
78
49
az.trend.az

10Источники