Günorta saatlarında Xaçmazda “Yalama aqropark”ında baş verən güclü yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Xaçmaz və Qusar rayonlarından FHN-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Aqroparkın ot anbarlarında başlayan yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir.