RU

Dünyanın müxtəlif bölgələrində baş verən müharibələrdə, dövlət çevrilişlərində mütləq ABŞ-ın rolu var

ABŞ Konqresində Azərbyacanla bağlı dinləmələrin keçirilməsini heç bir hüquqi və siyasi əsası yoxdur. Bu, Azərbaycanın daxili işlərinə kobud şəkildə müdaxilə cəhdidir. Sual olunur: Azərbaycanın 20 faiz ərazisi təcavüzkar Ermənistan tərəfindən 30 il ərzində işğal altında qaldığı, tarix və mədəniyyət abidələri dağıdıldığı, məcburi köçkün və qaçqınlar acınacaqlı vəziyyətdə yaşadığı zamanda ABŞ Konqresinin üzvləri nə üçün səslərini çıxarmırdılar?.  Nə üçün bir dəfə təcavüzkar əleyhinə bəyanat vermədilər? Nə üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilməsi ilə bağlı çağırışlar etmədilər?  ABŞ-ın siyasəti sülhə xidmət etmir. Diqqət edin. Bu gün dünyanın müxtəlif bölgələrində baş verən qanlı olaylarda, müharibələrdə, dövlət çevrilişlərində mütləq ABŞ-ın iştirakı və rolu var.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Deputat qeyd edib ki, ABŞ Konqresində keçirilən müzakirələr ədalətsizdir, ikili standartın göstəricisidir və qətiyyən  Azərbaycan tərəfindən qəbul edilmir. Belə müzakirələrin Azərbaycan üçün heç bir mənası yoxdur. Dünyada heç bir güc Azərbaycanla zorla, hədə-qorxu ilə, təzyiq dili ilə danışa bilməz. Çünki Azərbaycan haqlıdır. Azərbaycan öz ərazilərini, dünya birliyi tərəfindən tanınmış ərazilərini işğalçı Ermənistandan azad edib və bu gün dinc quruculuq işləri aparır. Ona görə də belə qərəzli mövqe ortaya qoyan dövlətə Azərbaycanda etimad ola bilməz. İctimai rəy Amerikanın əleyhinədir. Belə ədalətsiz müzakirələr keçirən bir ölkəyə münasibət başqa necə ola bilər ki?

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
550
6
ikisahil.az

10Источники