RU

Finlandiya Rusiya ilə dörd sərhəd keçidini bağlayacaq...

Finlandiya miqrasiya böhranı ilə əlaqədar Rusiya ilə sərhəddəki 4 sərhəd keçid məntəqəsini bağlayacaq.SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı baş nazir Petteri Orpo mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya sərhədçiləri lazımi sənədlər olmadan insanları sərhədə buraxmaqla böhranlı vəziyyətin yaranmasına töhfə verirlər.

Finlandiyanın “Yle” media korporasiyası xəbər verir ki, məhdudiyyətlərin tətbiqi barədə qərar cümə axşamı hökumətin ümumi iclasında qəbul edilib. Sərhəd keçid məntəqələri həm insanlar, həm də istənilən nəqliyyat üçün bağlanacaq. Məhdudiyyətlər fevralın 18-dək qüvvədə olacaq.

Finlandiyalı baş nazir bildirib ki, Murmansk vilayəti ilə Finlandiyanın sərhədində yerləşən Salla (Rus adı Kelloselkä) və Kareliya ilə sərhəddə yerləşən Vartius (Lyttä) iki sərhəd keçid məntəqəsi sığınacaq üçün müraciətlərə baxılması üçün açıq qalacaq.

Finlandiya sərhəd xidmətinin nümayəndəsi Markku Hassinenin sözlərinə görə, onlar digər kateqoriyadan olan səyahətçilərin də keçidi üçün çalışacaqlar.

Nazlı

Избранный
530
33
sia.az

10Источники