RU

Azərbaycan xüsusi təyinatlıları Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Azərbaycanın dəniz xüsusi təyinatlıları Türkiyədə "Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Azərbaycan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan "Doğu Akdeniz-2023” beynəlxalq təliminə qatılacaq.

Azərbaycan hərbçiləri artıq qardaş ölkədədir.
Избранный
482
49
qaynarinfo.az

10Источники