RU

Patruşev TAPŞIRIQ VERDİ: Rusiya “səfərbərlik iqtisadiyyatına” keçir

“Rusiya regionlarının rəhbərləri və federal hakimiyyət orqanlarının rəhbərliyi ölkə iqtisadiyyatında səfərbərlik qaydaları tətbiq etməyə hazırlaşmalıdırlar”.  

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. 

O bildirib ki, Rusiya Federasiyasının təsis qurumlarının və bələdiyyələrin iqtisadiyyatları üçün səfərbərlik planlarının formalaşmasını təmin etmək lazımdır. 

Patruşev qubernatorlara və məsul federal məmurlara kritik obyektlərin təhlükəsizliyini, o cümlədən onların dron hücumlarından qorunmasını təmin etməklə yanaşı, bu tapşırığın icrasını şəxsi nəzarətdə saxlamağı tapşırıb. 

Bizim.Media
 

Избранный
783
34
bizim.media

10Источники