RU

"Real" ukraynalı qapıçı ilə müqaviləni uzadıb

İspaniyanın "Real" klubu ukraynalı qapıçı Andrey Luninlə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, yeni müqavilənin müddəti 30 iyun 2030-cu ilə qədərdir.
 
Lunin "kral klubu"na 2018-ci ildə, 19 yaşında qoşulub və 2020-ci ildən əsas komandanın heyətinə cəlb olunub. Bu illər ərzində Andrey komandanın tərkibində 10 kubok, 2 Çempionlar Liqası, 1 Klublararası dünya çempionatı, 2 UEFA Super Kuboku, 2 La Liqa, 1 İspaniya Kuboku və 2 İspaniya Super Kubokunu qazanıb.

Избранный
22
3
sport24.az

5Источники