RU

Kişi voleybolçular arasında Azərbaycan çempionatı start götürüb

Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında 2023/2024 mövsümü start götürüb.Gununsesi.info xəbər verir ki, Yüksək Liqanın ilk oyununda ötən mövsümün bürünc medalçı “Neftçi” və son çempion “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Maraqlı mübarizədə keçən bu görüşdə “Murov Az Terminal” rəqibini 3:1 (25:20, 21:25, 31:29, 25:17) hesabı ilə məğlub edib və ölkə birinciliyində ilk xallarını qazanıb.Günün digər qarşılaşması “AZERRAIL” və MOİK komandaları arasında baş tutub. Rəqibindən daha üstün oyun nümayiş etdirən “AZERRAIL” meydandan quru hesablı (3:0) qələbə ilə ayrılıb.Yüksək Liqa16 noyabrI tur“Neftçi” – “Murov Az Terminal” 1:3 (20:25, 25:21, 29:31, 17:25)
“AZERRAIL” – MOİK 3:0 (25:15, 25:15, 25:16)Gununsesi.info

Избранный
180
41
gununsesi.info

10Источники