RU

Qusarda yenicə istifadəyə verilmiş Cüdo Təlim Mərkəzində ilk tədbir

Qusar Olimpiya İdman Kompleksində yenicə istifadəyə verilmiş Regional Cüdo Təlim Mərkəzində ilk tədbir keçirilib.
Sportnet.az xəbər verir ki, Mərkəzdə Azərbaycan Cüdo Federasiyasının Şimal bölməsinin təşkilatçılığı ilə təlim gerçəkləşib. Məşqə Qusar, Quba, Xaçmaz və Şabrandan 40-dək yeniyetmə cüdoçu qatılıb.
Hazırlıq prosesini cüdo üzrə qusarlı əməkdar məşqçi Carulla Şinğarov da izləyib.
Qeyd edək ki, Qusar Regional Cüdo Təlim-Mərkəzi avqustun 30-da açılıb.
Qusarda
Qusarda

Избранный
20
sportnet.az

1Источники