RU

Bakıda qadın iki kişini bıçaqladı

Bakıda qadın 2 kişini bıçaqlayıb.Hadisə sentyabrın 15-i saat 09 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsində qeyd alınıb.Salyan rayon sakini 1982-ci il təvəllüdlü Y.Vəliyeva yaşadığı evdə qonşusu Lənkəran rayon sakini 1978-ci il təvəllüdlü A.Quliyevi və qeyri-rəsmi nikah münasibətlərində olduğu 1983-cü il təvəllüdlü K.Dadaşovu bıçaqlayıb.A.Quliyev qarın nahiyəsindən daxilə nüfuz edən, K.Dadaşov isə qol nahiyəsindən xəsarət alıb. Bildirilir ki, bıçaqlanan şəxslərin ikisi də keçmiş məhkumdur.Y.Vəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

Избранный
19
22
adekvat.az

10Источники