RU

Samuxda toyda qonaq bıçaqlandı

Samuxda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Gununsesi.info-ya bildirib ki, Samux RPŞ-yə rayondakı şadlıq saraylarının birində Gəncə sakini 1992-ci il təvəllüdlü Fazil Əhmədovun kəsici-deşici alətlə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.O bildirib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib: “İlkin araşdırmalar nəticəsində vətəndaşa şəxsi münasibətlər zəminində mübahisə edərək xəsarət yetirən şəxsin 1991-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərhad Rəcəbov olması müəyyən edilib. Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir”. Gununsesi.info

Избранный
635
10
gununsesi.info

10Источники