“Abşeron” basketbol klubunda yeni baş məşqçi Erhan Tokerin köməkçilərindən biri müəyyənləşib.Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/2025 mövsümü üçün hazırlıqlara start verən komandaya gürcüstanlı mütəxəssis Davit Çivçivadze də dəvət olunub.Onunla 1 illik müqavilə imzalanıb.Gənc çalışdırıcının ilk məşqçilik təcrübəsi də ölkəmizdə olub. O, ötən mövsüm “Naxçıvan”ın ( keçmiş “Xəzri”nin) məşqçilər korpusunda yer alıb. Davit Çivçivadze oyunçu kimi də ölkəmizdə 2022/2023 mövsümündə “Şəki”nin heyətində çıxış edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта