RU

Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı ilə növbəti “KOB FEST” sərgi-satış yarmarkasıNaxçıvanda keçiriləcək.

4-6 oktyabr tarixlərində təşkil olunacaq yarmarkada məhsul vəxidmətlərini təqdim etmək istəyən Naxçıvan şəhərindən və ətrafrayonlardan olan KOB subyektləri sentyabrın 26-dək Agentliyinsaytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər:https://smb.gov.az/az/nav/sergilerde-istiraka-destek(“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Naxçıvan”qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçünödəniş nəzərdə tutulmur.

“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərininistehsal etdiyi məhsul və xidmətləri tanıtmaq və onların satışimkanlarını genişləndirməkdir. Yarmarka çərçivəsindəmədəni-əyləncəli proqram və master klasslar da təşkil olunacaq.

Избранный
125
26
az.trend.az

10Источники