RU

“Azəriqaz”ın “Açıq mikrofon” aksiyasına Ağdaşda yekun vurulub

Bakı, 17 noyabr, AZƏRTAC

“Səyyar qəbul otağı”nın bu həftəlik sonuncu ünvanı Ağdaş rayonu olub.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, mikrofon önünə cəmi üç sakin çıxsa da, müraciətlər 20-yə yaxın vətəndaşın adından ünvanlanıb. Qaradağlı kəndindən qatılan İsmayıl Məmmədov yeni qazlaşdırılan küçə xəttinə təbii qazın verilməsini xahiş edib.

Digər iki nəfər isə Yeniarx kəndinin qaz təchizatı ilə bağlı üzləşdiyi problem və təklifləri səsləndirib. Pərviz Rzayev adıçəkilən kənddə 14 ailənin yaşadığı küçəyə qaz xəttinin çəkilməsini, Nəriman Əhmədov isə qaz xəttinin yerinin dəyişdirilməsini istəyib. Bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

Избранный
184
9
azertag.az

10Источники