Qrem Arnold Avstraliya millisinin baş məşqçisi kimi fəaliyyətini dayandırıb. Sport24.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
61 yaşlı mütəxəssis 2018-ci ilin iyulundan bu milliyə rəhbərlik edir. O, komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarıb. Burada komanda 1/8 finalda Argentinaya uduzub.
Qeyd edək ki, Avstraliya DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта