RU

"Qalatasaray"dan "Fənərbaxça" üzərində inamlı qələbə

Futbol üzrə Türkiyə Superliqasında VI turun mərkəzi oyunu keçirilib.
BUTA.TV xəbər verir ki, prinsipial görüşdə “Fənərbaxça” doğma meydanda “Qalatasaray”ı qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. "Cimbom"un heyətində qolları 21-ci dəqiqədə Lukas Torreira, 28-ci dəqiqə Dries Mertens, 59-cu dəqiqədə Qabriel Sara vurublar. "Sarı-lacivərdlər"də isə Edin Dzeko 63-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra “Qalatasaray” xalını 18-ə çatdıraraq turnir cədvəlində liderliyini möhkəmləndirib. “Fənərbaxça” isə 13 xalla ikinci pillədə qalıb.

Избранный
39
4
buta.tv

5Источники