RU

İranda kömür mədənində partlayış baş verib, 30 nəfər ölüb

İranın Cənubi Xorasan ostanındakı Təbas kömür mədənində qaz partlayışında 30 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə İRNA məlumat yayıb.

22 nəfərin axtarışları hələ də davam edir.

Xəsarət alan 17 nəfər xəstəxanaya yerləşdirilib.

Qəzaya “Mədənçi” şirkəti tərəfindən idarə olunan mədənin B və C bloklarında metan qazının partlaması səbəb olub.

Partlayış zamanı bloklardakı işçilərin ümumi sayının 69 nəfər olduğu bildirilib.

Избранный
24
14
anspress.com

10Источники