RU

"Real Madrid"dən 73 ildən sonra maraqlı statistik GÖSTƏRİCİ

İspaniyanın "Real" (Madrid) klubu 73 ildən sonra maraqlı statistik göstəriciyə imza atıb.

Bizim.Media xəbər verir ki, "Kral klubu"nun heyətində Kilian Mbappe ötən gün La Liqanın VI turunda keçirilən "Espanyol"la matçda (4:1) penalti zərbəsini dəqiq yerinə yetirib.

Bununla da paytaxt təmsilçisi ilk altı turda 5-ci dəfə onbirmetrlik cərimə zərbəsindən fərqlənib.

Madridlilərin tarixində sonuncu dəfə belə hadisə 1951-ci ildə baş vermişdi.

Bizim.Media

Избранный
33
10
bizim.media

10Источники