Düyü həyat üçün əsas qida bitkilərindən biridir. Qədim daş dövrünə aid insanların yaşadıqları mağaralarda aparılmış arxeoloji qazıntılar göstərir ki, insanlar bu dənli bitkini hələ əkinçilik mədəniyyətindən əvvəl tanıyıb istifadə edirmişlər. Düyü ən qədim mədəni dənli bitkilərə aiddir. Cənub-Şərqi Asiyada bizim eramızdan 2800 il əvvəl artıq düyünü becərməyə başlamışlar. Lap qədim zamanlardan düyünü Şərqin əsas qidası adlandırırdılar. Ona görə ki, bu dənli bitki Asiya ölkələri xalqları üçün əsas qida mənbəyi olub. Saglamolun.az düyü və ondan hazırlanan qidalar barədə məlumatı təqdim edir:Saglamolun.Az