Respublikamızda gülümbahar çoxdandır ki, yalnız bəzək bitkisi kimi becərilir. Onu Azərbaycanın hər yerində xüsusən, rayon mərkəzlərində, bağlarda, bağçalarda, həyətlərdə əkirlər. Gülümbahar bitkisi çox qiymətli dərman, boyaq və bəzək bitkisidir. Gülümbahardan müalicə məqsədləri üçün ilk dəfə qədim yunanlar istifadə edərək, gecsağalan, uyuşmayan yaraların, qızdırma xəstəliklərinin, ekzema və çibanların eləcə də bəd xassəli şişlərin sağalmasında istifadə etmişlər. XIX əsrin axırları XX əsrin əvvəllərində gülümbahar bitkisi alimlərin diqqətini özünə daha çox cəlb etmişdir. Biokimyaçı alimlər onun kimyəvi tərkibini tədqiq etməyə başlamışlar. Gülümbahar dərman bitkisi kimi xalq təbabətinə XII əsrdən məlumdur. O zamanlar ondan tərlədici, dezinfeksiyaedici, büzüşdürücü, irinləmə əleyhinə və s. məqsədlər üçün geniş istifadə olunmuşdur. İbn Sina qeyd edirdi ki, gülümbahardan hazırlanmış cövhərdən tükün tökülməsində, sinir xəstəliklərində, zəhərli həşəratsancmalarına qarşı istifadə olunmuşdur. Gülümbahardan hazırlanan preparatlarla angina, stomatit, alveollar və s. müalicə edirlir. Eyni zamanda dərmangülümbaharından hazırlanan dərmanlarla mədə və onikibarmaq bağırsağın yaralarını, qastritin, uşaqlıq və sidik qanaxmalarında, qaraciyər və öd axan yollarının xəstəliklərində işlədilir. Bundan başqa, ondan hipertoniya xəstəliyi zamanı ürəyin ritmini tənzimləmək üçün istifadə olunur.Saglamolun.Az