RU

“Hayastan” bloku Xocalı canisi Köçəryanın başçılığıyla iclasda nələri müzakirə etdi?.. 

Bu həftə Ermənistan parlamentinin iclası başlamazdan əvvəl müxalif “Hayastan” bloku terrorçu eks-prezident, Xocalı canisi Robert Köçəryanın başçılığı ilə geniş tərkibdə iclas keçirib.
 
Moderator.az xəbər verir ki, bu haqda “Johovurd” gündəlik qəzeti məlumat yayıb.
 
Görüşlə bağlı informasiyanı “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan da təsdiqləyib.
 
Məlumata görə, iclasda  “Hayastan” fraksiyasının parlamentdəki taktikası ilə bağlı məsələlər müzakirə olunub. 
 
“Bəli, “Ermənistan” fraksiyasının deputatları “Hayastan” alyansının rəhbəri, ikinci prezident Robert Köçəryanla görüşüblər. Məlumatınızı təsdiq edirəm. Və onu da vurğulamaq istəyirəm ki, burada təəccüblənəcək heç nə yoxdur, çünki belə görüşlər dövri xarakter daşıyır”, -deyə A.Xamoyan bildirib.
 
Hələlik Köçəryanın rəhbərliyi ilə keçən iclasda konkret nələr müzakirə olunması haqda məlumat verilmir.
 
Xatırladılır ki, Robert Köçəryanın oğlu Levon Köçəryan noyabrın 6-da Ermənistan Milli Assambleyasının deputatı mandatı alıb və artıq parlamentin noyabrın 14-də keçirilən iclasında and içərək parlamentdəki səlahiyyətlərini rəsmən qəbul edib.
 
S.Laçın
 
Избранный
752
1
moderator.az

10Источники