RU

Vadimin ölkə çempionatlarında 100-cü oyunu

“Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev ölkə çempionatlarında 100-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, onun yubileyi premyer-liqanın 7-ci turuna təsadüf edib.

Naxçıvan təmsilçisinin kapitanı “Turan Tovuz”la səfər görüşünə (2:1) start heyətində çıxıb. Vadim 100 matçı 5 fərqli klubda keçirib. O, “Bakı”da 19, “Simurq”da 19, “Qəbələ”də 1, “Sabah”da 20, “Araz-Naxçıvan”da 41 dəfə şans qazanıb. 29 yaşlı yarımmüdafiəçinin yeganə qolu “Simurq”un heyətində qeydə alınıb.

Qeyd edək ki, Vadim Abdullayevin debütü 2012-ci il mayın 5-də “Bakı” – “Neftçi” qarşılaşmasında (2:0) gerçəkləşib.

Избранный
50
18
football-plus.az

10Источники