Gicitkənin müalicəvi xüsusiyyətləri haqqında ilk maraqlı məlumatı İbn Sina vermişdir. Dahi təbib doğranıb nazik toz halına salınmış gicitkənlə burun qanaxmalarının kəsilməsində istifadə etmişdir. Toxumundan alınmış cövhərlərdən astma, hava çatışmamazlığı Və plevritin müalicəsində işlədilir. Gicitkəndən ağ ciyər, öskürək, uşaqlıq qanaxmalarında istifadə edilmişdir. Şirəsinə şəkər qatışdırıb öskürək əleyhinə əla müalicəvi vasitə kimi istifadə olunmuşdur. Gicitkənin yarpaqlarından alınmış təzə şirəsindən, dəmləməsindən bir sıra xəstəlikləri müalicə edirlər. Həmçinin şəkər əleyhinə də işlədilir. Saglamolun.az gicitkanın əvəzolunmaz faydalarını təqdim edir:Saglamolun.Az