RU

Şuşada keçiriləcək şahmat turnirinin iştirakçıları Vüqar Həşimovun məzarını ziyarət ediblər

Şuşada keçiriləcək Vüqar Həşimov Memorialının iştirakçıları II Fəxri xiyabanda olublar.

90deqiqe.Az-ın məlumatına görə, qrossmeysterlər görkəmli şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər.

Ziyarətə Vüqar Həşimovun yaxınları, yarış iştirakçıları, Azərbaycan Şahmat Federasiyasının üzvləri, şahmatçılar və Təşkilat Komitəsinin nümayəndələri qatılıblar.

10-cu dəfə təşkil olunacaq Vüqar Həşimov Memorialı bu dəfə Şuşada baş tutacaq. Yarışın açılış mərasimi sabah, saat 14-30-da Şuşa Otel-Konqres Mərkəzində reallaşacaq.

Избранный
37
9
90deqiqe.az

10Источники