Bakı. Trend:
Sentyabrın 25-də general-polkovnik Zakir Həsənov Bakı şəhərindəkeçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisiçərçivəsində ölkəmizdə səfərdə olan Pakistanın Strateji PlanlarDepartamentinin Baş Direktoru general-leytenant Yusuf Camalınrəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri Z.Həsənov Azərbaycan-Pakistan arasında bir çoxsahələrdə olduğu kimi, hərbi-texniki sahədə də əlaqələrimizinxalqlarımızın maraqlarına xidmət etdiyini qeyd edib, eləcə dəqarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərinkeçirilməsinin ölkələrimiz arasında yüksək səviyyəli əməkdaşlığınbariz nümunəsi olduğunu vurğulayıb.
Görüşdə dostluq və qardaşlıq münasibətləri üzərində qurulanAzərbaycan-Pakistan hərbi əməkdaşlığının perspektiv imkanlarındandanışılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafındageniş fikir mübadiləsi aparılıb.