UEFA Avropa Liqasının Liqa mərhələsində çıxış edən Azərbaycanın “Qarabağ” klubu bu gün səfərdə ilk oyununa çıxacaq. Komandamız İngiltərə paytaxtı Londonda “Tottenhem”in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.Qeyd edək ki, “Qarabağ”ın qrupdakı rəqiblərindən olan “Bodo Qlimt” (Norveç) və “Elfsborq” (İsveç) ötən gün 1-ci turun oyununa çıxıb. Həmin klubların oyunları aşağıdakı hesabla başa çatıb:“Bodo Qlimt” (Norveç) - “Portu” (Portuqaliya) - 3:2
“Alkmaar” (Niderland) - “Elfsborq” (İsveç) - 3:2