RU

Mutu: "Zenit"lə oyunun əsas məqsədi..."

"Neftçi"nin baş məşqçisi Adrian Mutu "Zenit"lə keçiriləcək yoldaşlıq oyunundan əvvəl matçla bağlı gözləntilərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, o, klubun televiziyasına bunları deyib:

"Hazırlıqlarımız yaxşı keçir. Bizi "Zenit"lə çatin matç gözləyir. Çalışacam ki, daha az oynayan futbolçulara şans verim. "Zenit"lə oyunun əsas məqsədi ölkə çempiomatında "Araz-Naxçıvan"la olan qarşılaşmaya hazırlaşmaqdır. Bir neçə futbolçu zədəlidir, bəziləri isə milli komandadadır. Bu, bizim üçün çətin haldır. “Araz – Naxçıvan”la görüşə tam heyətlə hazırlaşmaq istəyirik. Milli komandanın İsveçlə oyununu izlədim. Çünki futbolçularım orda çıxış edir. Emin Mahmudov, Höccət Haqverdi, Eddi İsrafilov yaxşı oynadı. Eminin qoluna sevindim. Ümid edirəm ki, o, "Neftçi"də də qol vurmağa başlayacaq".

Matç "Neftçi Arena"da keçiriləcək və 21:00-da start götürəcək.
Избранный
909
42
futbolpress.az

10Источники