RU

UEFA reytinqində gerilədik

Ölkəmiz UEFA reytinqində bir pillə geriləyib.

"Football-plus.az" xəbər verir ki, ötən gün Avropa Liqasının liqa mərhələsinin 1-ci turunda İngiltərənin "Tottenhem" klubuna 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına töhfə verə bilməyib.

Hazırda 27-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdi. 26-cı olan Rumıniya da ölkəmizlə eyni əmsala malikdi. 28-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.

Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (90.589) qərarlaşıb.

Избранный
88
9
football-plus.az

10Источники