RU

İsrail Livandakı alüminium zavodunu məhv edib

Livandan raket buraxılışlarına cavab olaraq İsrail ordusu şənbə günü, noyabrın 18-i səhər saatlarında Nəbatiyyə bölgəsindəki alüminium zavoduna hücum edib.

 

Oxu24.com xəbər  verir  ki,İsrailin Details nəşri yazır ki, bu, 2006-cı ildə İkinci Livan müharibəsi başa çatdıqdan sonra bu ərazidə ilk hücumdur.

 

Məlumata görə, İsraildə açıq ərazilərə 25 raket düşüb, itki yoxdur. Hücuma görə məsuliyyəti Hizbullah üzərinə götürüb.

 

Buna cavab olaraq İDF Livandakı Hizbullah hədəflərinə hücum edib. O cümlədən o vaxta qədər hücuma məruz qalmayan alüminium zavodu.

 

Eyni zamanda Livanın milli xəbər agentliyi NNA xəbər verir ki, İsrail pilotsuz təyyarəsi “alüminium zavodu istiqamətində iki raket atıb. Nəticədə  zavod  bütün avadanlıqları ilə birlikdə yanıb”.

 

Müəllif:Afət

 

Избранный
981
40
oxu24.com

10Источники