RU

Adrian Mutu: “Bu cür oyundan sonra üzülürəm”

“Bu cür oyundan sonra üzülürəm. Çünki çempionat oyunlarına da eyni formada məşqlər edir, hazırlaşırıq. “Zenit” kimi güclü rəqiblərə qarşı yaxşı oynayırıq, digər matçlarda fərqli davranış olur”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyanın “Zenit” klubuna 2:1 hesabı ilə qalib gəldikləri yoxlama görüşündən sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis komandasının “Neftçi Arena”da baş tutan qarşılaşmadakı performansından razılıq bildirib: “Çətin oyun oldu, güclü rəqiblə qarşılaşdıq. Futbolçuların meydançadakı davranışından razı qaldım. Ümid edirəm ki, bu yöndə davam edəcəyik”.

O, çempionatda bu səviyyədə oyun ortaya qoya bilməmələrinin səbəbi barədə sualı belə cavablandırıb: “Mənim bu suala cavabım yoxdur. Sadəcə, Reziuan Mirzovun qollar vurması, formaya düşməsi isə məni sevindirir”.

Baş məşqçi gənc qapıçı Rza Cəfərovdan razılıq bildirib: “Ona ilk dəfə şans verən mən olmuşam. “Sabah”la görüşdə Rzanı meydançaya buraxanda hamı məni tənqid edirdi. İndi isə sual verirlər ki, Rza niyə oynamır? O, zədədən yeni qayıdıb”.

Избранный
844
4
report.az

10Источники