RU

Sibiri güclü qasırğa vurur, ölənlər və yaralananlar var

...Sibirin bir sıra rayonlarını qasırğa küləkləri vurub. Ən azı iki nəfərin öldüyü, yaralananların da olduğu bildirilir. Ən çox Altay, Krasnoyarsk diyarı, Kemerovo və Novosibirsk vilayətlərinin əziyyət çəkdiyi bildirilir.

Elektrik şəbəkəsinin zədələnməsi minlərlə evi işıqsız qoyub.

SİA rus saytlarına istinadən xəbər verir ki, Kemerovo vilayətinin Novokuznetsk şəhərində 58 yaşlı kişi və 60 yaşlı qadın ölüb. Onlar küləklə sovrulan ağacın aşdığı avtomobildə olublar. Avtomobildə olan daha iki sərnişin isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

Həmin şəhərdə səhər saatlarında külək tərəfindən qoparılan reklam lövhəsi yıxılaraq yoldan keçəni əzib - hadisə şahidləri ona çıxarmağa kömək ediblər və təcili yardım çağırıblar.

“7x7”-nin məlumatına görə, Novosibirsk vilayətində külək səbəbindən elektrik enerjisi kəsilib, Krasnoyarsk diyarında isə külək damları qoparıb. Altay diyarında ağaclar avtomobillərin və avtobusun üzərinə aşıb.

Barnaula elektrik qatarlarının və qatarların hərəkəti dayandırılıb, külək vaqonları aşıra bilər deyə...

Bir çox rayonlarda külək nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb. On minlərlə abonent işıqsız qalıb, suyun verilişində fasilələr yaranıb. Novokuznetsk şəhərinin meri Sergey Kuznetsov şəhərdə yüksək hazırlıq vəziyyəti elan edib. Şəhərdə tramvay və trolleybuslar işləmir, bir çox ərazilərdə işıq yoxdur, qazanxanalar dayanıb.

Nazlı

Избранный
497
23
sia.az

10Источники