Slovakiya millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç və Azərbaycana qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Arena.az xəbər verir ki, sözügedən komanda C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də Bratislavada İsveç, 14-də isə Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək.
Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona qarşıdakı matçlara 27 futbolçu dəvət edib. Heyətdə 3 qapıçı, 10 müdafiəçi, 7 yarımmüdafiəçi və 7 hücumçu yer alıb.
Qapıçılar: Marek Rodak, Henrix Ravas, Dominik Takaç;
Müdafiəçilər: Peter Pekarik, Mixal Tomiç, Norbert Qyömber, Denis Vavro, Lyubomir Şatka, Milan Şkrinyar, Adam Obert, David Hançko, Samuel Kozlovski, Timotey Qranika;
Yarımmüdafiəçilər: Stanislav Lobotka, Andrey Duda, Laslo Benes, Tomaş Riqo, Patrik Hroşovski, Matuş Bero, Kristian Herts;
Hücumçular: Lukaş Haraslin, David Dyuriş, Leo Sauer, Lyubomir Tupta, Tomaş Suslov, David Strelets, Robert Bojenik.
Qeyd edək ki, Azərbaycan – Slovakiya qarşılaşması oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.