RU

“Qarabağ” - “Malmö” matçında ilk hissə başa çatıb - VİDEO - YENİLƏNİR

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" matçının  ilk hissəsi başa çatıb. "Ölkə.az" komandalar fasiləyə hesabda bərabərliklə yollanıblar.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" matçının 19-cu dəqiqəsində hesab bərabərləşib.

19-cu dəqiqədə qonaqlar hesabı Erik Botheymin qolu sayəsində bərabərləşdirir - 1:1.

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" matçı davam edir.

“Qarabağ” Juninyonun 15-ci dəqiqədə vurduğu qol sayəsində hesabı açdı - 1:0. \\Ölkə.az

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun "Qarabağ" - "Malmö" (İsveç) oyunu start götürüb.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Matçı yunanıstanlı FIFA referisi Anastasios Papapetru idarə edir.\\Ölkə.az

***

Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Avropa Liqasında Liqa mərhələsinin II turunda növbəti oyununa çıxacaq.

“Köhlən atlar” doğma meydanda İsveçin “Malmö” klubunu qəbul edəcək.

Komandaların start heyətləri bəlli olub:

“Qarabağ”: 97.Fabian Buntiç, 44. Elvin Cəfərquliyev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 55. Bədavi Hüseynov, 20.Riçard Almeyda, 21. Aleksey Kaşuk, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 22. Musa Qurbanlı, 11. Emmanuel Adday, 27. Toral Bayramov

“Malmö”: 27. Yohan Dahlin, 25. Qabriel Busanello, 19. Kolin Rösler, 18. Pontus Yansson, 17. Yens Striger, 16. Oliver Berq, 23. Lasee Berq Yonsen, 8. Serxio Pena, 10. Anders Kristiansen (k), 20. Erik Botheym, 9. İsak Kies Telin

Ehtiyyat oyunçular: 1. Fridrix, 30. Persson, 5. Rieks, 7. Rosengren, 13. Olsson, 14. Yörgensen, 22. Ali, 32. Qudyonsen, 34. Lukili, 35. Zetterström, 37. Skoqmar, 38. Bolin

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı yunanıstanlı hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, “Qarabağ” I turda səfərdə “Tottenhem”ə 0:3 hesabı ilə məğlub olub. \\Ölkə.az

***

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün baş tutacaq "Qarabağ" - "Malmö" (İsveç) matçına 24 min bilet satılıb.

Bu barədə Ağdam təsmilçisinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:45-də səsləndiriləcək.\\Ölkə.az

Избранный
133
11
hurriyyet.az

10Источники