Tennessi ştatında qadınlara atəş açılıb, ölənlər var
ABŞ-nin Tennessi ştatının Memfis şəhərində atəş açılması nəticəsində 3 qadın və 13 yaşlı qız həlak olub.
Bu barədə CNN polisə istinadən məlumat yayıb.
Bildirilib ki, yaralananlar da var. Onlardan biri 15 yaşlı qızdır və vəziyyəti ağırdır.
CNN-in məlumatına görə, 52 yaşlı Mavis Kristian qətldə şübhəli bilinir və axtarışdadır. Polis şübhəlinin "silahlı və son dərəcə təhlükəli" olduğunu deyib.
Ölən və yaralananların kimliyi, şübhəli şəxslə əlaqəsi barədə məlumat açıqlanmayıb.