RU

Azadlığın üçüncü ili: Bu gün Ağdam Şəhəri Günüdür

Bu gün Ağdam Şəhəri Günüdür.İlk dəfədir ki, Ağdam Şəhəri Günü qeyd olunur.Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-i Ağdam Şəhəri Günü olacaq.Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün - noyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.Sərəncama əsasən, hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:26 avqust - Laçın Şəhəri Günü;4 oktyabr - Cəbrayıl Şəhəri Günü;17 oktyabr - Füzuli Şəhəri Günü;20 oktyabr - Zəngilan Şəhəri Günü;25 oktyabr - Qubadlı Şəhəri Günü;8 noyabr - Şuşa Şəhəri Günü;20 noyabr - Ağdam Şəhəri Günü;25 noyabr - Kəlbəcər Şəhəri Günü.

Избранный
544
15
azadmedia.az

10Источники