RU

İsrail Qəzzada əməliyyatın növbəti mərhələsinə keçir

İsrail Qəzza zolağında müharibənin daha sərt mərhələsinə keçir.

 

Modern.az xəbər verir ki, bunu "The Wall Street Journal" yazıb.

 

WSJ-nin məlumatına görə, İsrail hərbi kampaniyasının diqqətini Qəzza zolağının cənubuna köçürür. 

 

"Burada İsrail HƏMAS-ı məğlub etmək və dərinləşən humanitar böhran şəraitində girovları geri qaytarmaq məqsədi daşıyan 6 həftəlik müharibənin ən çətin mərhələsi ilə üzləşir", - deyə nəşr yazıb.

 

İsrail əsgərləri Qəzzanın şimal hissəsinə nəzarəti ələ keçirməyə böyük ölçüdə müvəffəq olub. İsrailin yüksək rütbəli zabitləri və analitiklərinin fikrincə, onlar HƏMAS-ın hərbi imkanlarını yalnız qismən məhv ediblər və onun bir çox yüksək səviyyəli liderlərini ələ keçirməyiblər.

Избранный
888
50
modern.az

10Источники