RU

Azərbaycan Prezidenti: Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik - Vətən Naminə

">

VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki,  bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransının iştirakçılarına müraciətində bildirilib.

Kolonializm qadınların hüquqlarına da mənfi təsir göstərdiyini qeyd edən dövlətimizin başçısı bu xüsusda, konfransa paralel olaraq müvafiq mövzuda tədbirin keçirilməsini alqışlayıb.

“Qadınların hüquqlarının müdafiəsi, cəmiyyətdə rolunun gücləndirilməsi Qoşulmama Hərəkatının gündəliyində önəmli yer tutur. Hərəkat tərəfindən ardıcıl olaraq qəbul edilmiş sənədlərdə, o cümlədən 2019-cu il Bakı Zirvə toplantısının yekun sənədində bu mövzuya xüsusi diqqət yetirilmiş və bu sahədə üzv dövlətlərin öhdəlikləri müəyyən edilmişdir”, – deyə müraciətdə vurğulanıb.

Azərbaycan

Vətən Naminə Mətbuat Xidməti

Избранный
248
13
vetennamine.az

10Источники