RU

Pensiyaçılara alış-veriş mərkəzlərində güzəştər 30 faiz qədər olacaq

Bakı. Trend:

DSMF tərəfindən həyata keçirilən “Sosial tərəfdaş” layihəsiçərçivəsində endirimlər 30 faizə qədər olacaq.

Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondununsədri Himalay Məmişov “Sosial tərəfdaş” adlanan yeni layihənintəqdimatı zaman deyib.

O qeyd edib ki, endrimlər 2-30 faiz təşkil edəcək. “Bu endirimdərhal edilir. Hazırda tərəfdaşların sayı 1000-ə qədərdir. İlinsonuna qədər 1000-dən artıq tərəfdaşa çatması gözlənilir. Fondunödəniş etdiyi bütün insanlar bu layihə ilə əhatə olunacaq.Vətəndaşlar alış-veriş etdikdən sonra kassada ödəniş kartlarınıtəqdim etməklə bu endirim dən faydalana bilərlər.

Bu endirimlər yalnız nağdsız ödənişlərə aiddir, nağd ödənişlərətətbi edilmir”, - deyə H.Məmişov bildirib.

O qeyd edib ki, layihədə iştirak edən şirkətlərin siyahısı,habelə tətbiq olunacaq güzəşt və endirimlərlə Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin saytına (sosial.gov.az) və ya DSMF(dsmf.gov.az) saytına daxil olaraq “Sosial tərəfdaş” bölməsindətanış olmaq olar.

Qeyd edək ki, pensiya, müavinət və digər ödəniş alanlar üçünyeni “Sosial tərəfdaş” layihəsi həyata keçirilir. DSMF-dən pensiyavə digər ödəniş alanlar üçün nağdsız alış-verişdə tərəfdaşşirkətlər tərəfindən güzəşt və endirimlər tətbiq olunacaq. Dövlətvə özəl sektor arasında tərəfdaşlıq nümunəsi olan layihə DSMF-dənpensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı vəkompensasiya alan vətəndaşları əhatə edir. Həmin vətəndaşlarlayihəyə qoşulan tərəfdaş şirkətlərə aid market, aptek, klinika,sığorta, turizm və banklarda pensiya və digər ödəniş aldıqları bankkartları ilə nağdsız alış-veriş etdikdə onlara güzəşt və endirimlərtətbiq olunacaq.

Избранный
286
7
az.trend.az

10Источники