Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün 1/8 final matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Portuqaliya yığması ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Qeyd edək ki, milli seçmə mərhələnin A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub.
Birinci Liqada V turun oyun cədvəli bəlli olub
"Neftçi"də gözlənilməz ayrılıq - O da komandanı tərk edir
“Kəpəz”in forvardı: “Qarabağ”ı da məğlub edə bilərik" - Müsahibə
Elhad Nəziri cəbrayıllı iş adamlarına səsləndi: “Bizə belə soyuq yanaşmasınlar”
Slovakiya millisinin məşqçisi: "Bakıda bizi çətin oyun gözləyir"