Bakı. Trend:
Oktyabrın 12-də Bolqarıstanın paytaxtı Sofiyada 22 yaşadək(U-22) boksçular arasında Avropa çempionatı start götürəcək.
Trend İdman.biz-əistinadən xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycanmillisi də qüvvəsini sınayacaq.
Məşqçilər korpusu yarışda Tural Sarıyev (48 kq), Nicat Hüseynov(51 kq), Amin Məmmədzadə (54 kq), Kamil Babayev (57 kq), RuslanQədirov (63,5 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq),Fərhad Şeydayev (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov(86 kq), Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq) vəZeynəb Rəhimovaya (54 kq) şans verəcək.
Çempionatda ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəlihakimimiz Anar Nağdiyev də yer alacaq.