Öldürülən şəxslərin hüquqi varisləri də Əhmədin məcburi müalicəsinə etiraz etməyiblər.Nədir anlaqsızlıq?Anlaqsızlıq psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmamaqdır. Qanun anlaqsız vəziyyətdə cinayət törədən şəxslərin cəzalandırılmasına icazə vermir. Amma həmin şəxs birbaşa sərbəst buraxılmır, məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb edilir.Xatırladaq ki, bu hadisə ilin ən dəhşətli cinayəti kimi yadda qalıb. Əhməd valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqlaöldürməkdə ittiham olunur.Keçirilmiş ekpert rəyləri ilə onun cinayəti anlaqsız vəziyyətdə törətdiyi təsdiq olunub. Əks halda cəzası ömürlük həbs idi. Sail Ağasəlim