Estoniya millisinin üç futbolçusu bu gün Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçında meydana çıxmayacaq.
Yenisabah.az xəbər verir ki, bu,müdafiəçi Artur Pikk, yarımmüdafiəçi Kevor Palumets və hücumçu Aleks Mattias Tammdır.
Meydan sahiblərinin baş məşqçisi Yurgen Henn sözügedən oyunçuları "23-lüy"ə daxil etməyib. kapital bank vakansiya
Bu gün Tallində baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Telegram kanalımız